Sergey Nikitin

Sergey Nikitin

Bəstəkar

BİOQRAFİYA

Sergey Yakovleviç Nikitin – sovet və rusiyalı bəstəkar, ifaçıdır, fizika-riyaziyyat elmləri namizədidir, fizikdir. 1995-ci ildə Rusiya Federasiyasının əməkdar xadimi adını alıb. Sergey Yakovleviç Nikitin 8 mart 1944-cü ildə Moskvada NKVD-nin 4 saylı bölməsinin 3 saylı şöbəsinin rəis müavini Nikitin Yakov Qriqoreviç və Nikitin Vera Sergeyevnanın ailəsində dünyaya gəlib. 1962-ci ildə Moskvanın 587 nömrəli (FONO) orta məktəbini bitirib. 1968-ci ildə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. SSRİ Elmlər Akademiyasının üzvi kimya institutunun elmi əməkdaşı olub. 1980-ci ildə rejissor V. Menşovun “Moskva göz yaşlarına inanmır” adlı romantik komediyasının bəstəkarı olub. Film ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olub. Teatr, kino, televiziya və radio üçün musiqi yazıb. 1987-1995-ci illərdə Oleq Tabakovun rəhbərliyi altında “Tabakerk” Moskva teatrının musiqi bölməsinə rəhbərlik edib. Hazırda Nikitin RF əməkdar incəsənət xadimidir. 1997-ci ildə Sarskoselsk Bədii mükafatının laureatıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BA%D0%B8%D1%82%D0%B8%D0%BD,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç