Vera Alentova
Aktrisa
Vera Valentinovna Alentova - sovet və rusiyalı aktrisadır. 1992-ci ildə Rusiya Federasiyasının Xalq Artisti adını alıb. 1981-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub. 1986-cı ildə Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatını alıb. 21 fevral 1942-ci ildə Arxanqels vilayətinin Kotlas şəhərində dünyaya gəlib. Atası aktyor Valentin Mixayloviç Bıkov, anası aktrisa İrina Nikolayevna Alentova olub. Ona iyirmi səkkiz yaşında vəfat etmiş ana nənəsinin adı qoyulub. Veranın babası Tomsk universitetini bitirib və həkim işləyib, nənəsi Bestujevski kurslarını bitirib. Aktrisanın bəzi keşiş qohumları 1937-ci il repressiyaları zamanı güllələnib. Veranın atası onun dörd yaşında olanda vəfat edib. Ərinin ölümündən sonra anası onu özüylə Ukraynaya aparıb. 1960-cı ildə anası ilə birlikdə A.S.Puşkin adına Orski Dövlət Dram Teatrının truppasına qoşulub. Orada bir teatr mövsümü keçirib. “İrkutsk hekayəsi” tamaşasında Maya rolunda debüt edib. Mövsüm ərzində çoxsaylı tamaşalarda səhnəyə çıxıb. 1961-ci ildə Moskvaya köçüb və Bədaye Teatrının studiya məktəbinə daxil olub. Təhsilini 1965-ci ildə uğurlu şəkildə başa vurub və A.S. Puşkin adına Moskva Dram Teatrının aktrisası olub. 2009-cu ildən əri Vladimir Menşovla birlikdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyor-rejissorluq emalatxanasına rəhbərlik edir.
Ətraflı məlumat üçün aşaağıdakı linkə basın: