Yuriy Trofimov

Yuriy Trofimov

Rejissor, rəssam

BİOQRAFİYA

Yuriy Andreyeviç Trofimov 3 iyul 1940-ci ildə Moskvada anadan olub. Sovet və rus multiplikator rəssamı, cizgi filmlərinin rejissoru, kino rəssamıdır. 1965-ci ildə Moskva ali bədii-sənayə məktəbini monumental-dekorativ incəsənət fakültəsini rəssam-memar ixtisası üzrə bitirib. 1965-1968-ci illərdə SSRİ memar işləyib. 1968-1970-ci illərdə “Soyuzmultfilm” kinostudiyasının quruluşçu rəssamı olub. 1970-ci ildə “Ekran” yaradıcı Birliyinin studiyasına keçib və 1990-cı illərədək multiplikasiya studiyasının rəssamı və rejissoru olub. Əsasən kukla multiplikasiyası ilə məşğuldur.  Donald Bissetin Qız və Əjdahanın sərgüzəştləri haqqında nağılları əsasında filmlər seriyasının yaradıcısıdır. “Bilməz”, “Yaqut şəhərinin sehrbazı”, “Bilməz Günəşli şəhərdə” ilk sovet kukla teleserialların istehsalında iştirak edib. 1990-cı illərin əvvəllərində milli slavyan bayramları mövzusundakı filmlərə maraq göstərib. 26 mart 2015-ci ildə Moskvada ömrünün 75-ci ilində dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%BE%D1%84%D0%B8%D0%BC%D0%BE%D0%B2,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəssam
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç