Nikolay Nosov
Ssenarist, aktyor
Nikolay Nikolayeviç Nosov 10 (23) noyabr 1908-ci ildə Kiyevdə (Rusiya İmperiyası) anadan olub. Sovet uşaq yazıçısı, dramaturq və kinossenaristdir. Üçüncü dərəcəli Stalin mükafatı laureatıdır (1952), N.K.Krupskaya adına RSFSR-nın dövlət mükafatı sahibidir. 1947-ci ildə “Şən nağıllar” toplusu buraxılıb. “Şən ailə” (1949), “Kolya Sinitsinin gündəliyi” (1950), “Vitya Maleyev məktəbdə və evdə” (1951) məşhur yeniyetmələr üçün povestlərin müəllifi olub. “Vitya Maleyev məktəbdə və evdə” povesti əsasında “iki dost” adlı uşaq bədii filmi çəkilib. Nikolay Nosovun ən məşhur əsərləri Bilməz haqqında nağıllardır. “Vintin, Şpuntik və tozsoran” nağılı bu nağıllar toplusunun ilk nağılıdır. Ardınca məşhur trilogiya “ Bilməz və onun dostların sərgüzəştləri” (1953—1954), “Bilməz Günəşli şəhərdə” (1958) və “Bilməz Ayda” (1964—1965) işıq üzü görüb. 26 iyul 1976-cı ildə Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%BE%D1%81%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87