Zinovi Gerdt

Zinovi Gerdt

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Zinovi Yefimoviç Gerdt 8 (21) sentyabr 1916-cı ildə Vitebsk quberniyasında (Sebej, Rusiya) anadan olub. Sovet və rusiyalı teatr və kino aktyorudur. SSRİ xalq artistidir. 25 iyun 1945-ci ilədək Moskva Gənclər Teatrında çalışıb. 1945-1982-ci illərdə Mərkəzi Kukla Teatrının aktyoru olub. Yaponiya, ABŞ və digər ölkələrdə teatrla qastrol səfərləri edib. Rəhbərliklə yaranan münaqişə səbəbindən teatrı tərk edib. Kino sahəsində daha çox dublyaj aktyoru kimi tanınıb. 1962-1966-cı illər ərzində “Kinopanorama” verilişini aparıb. 1980-cı illərdə Mərkəzi televiziyada “Kinoafişa” teleicmalında kinofilmlərə rəy bildirib. 1984-cü ildə “Cehizsizlər” kinofilminə neqativ qiymət verdikdən sonra həmin film ətrafında yaranan qızğın polemika nəticəsində filmin rejissoru E.Ryazanov dostluq etdiyi Z.Gerdtlə uzun müddət danışmayıb. 18 noyabr 1996-cı ildə Moskvada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Zinovi_Gerdt

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç