Sayali Bhagat

Sayali Bhagat

Aktrisa

BİOQRAFİYA
Sayali Bhaqat - hindistanlı aktrisa və keçmiş gözəllik müsabiqəsi qalibidir. 2004-cü ildə Femina Miss India gözəllik müsabiqəsinin birincisi olub. 1 yanvar 1984-cü ildə Hidnistanın Naşik şəhərində anadan olub. Əsilli Qucarat ailəsindən çıxıb. Fravaşi akademiyasının məzunudur. Menecment üzrə bakalavr dərəcəsini Alkeş Dineş Modi adına Maliyyə və Menecment İnstitutunda əldə edib.  Bir çox hindistanlı gözəllik müsabiqəsi qalibləri kimi bir müddət model kimi fəaliyyət göstərdikdən sonra, kinematoqrafiyaya ayaq basıb. 10 dekabr 2013-cü ildə Dehlidən olan biznesmen Navnit Pratap Sinqlə ailə qurub. Daha çox "Merilin işığları", "Racdani eksspressi" (2013), "Qatar: Bəzi Sərhədləri Heç Vaxt Keçmək Olmaz..." (2007), "Səbirsiz Vivek" filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2345675/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç