Stiven Qeyqan

Stiven Qeyqan

Aktyor

BİOQRAFİYA

Stiven Qeyqan (ing. Stephen Gaghan) – amerikalı kinorejissor və ssenaristdir. Daha çox Stiven Sodeberqin “Traffik” kriminal dramına yazdığı ssenari ilə tanınır. Film “Channel 4” kanalında yayımlanmış serialın motivləri əsasında çəkilib və “Oskar” mükafatı qazandırıb. Həmçinin “Siriana” filminin rejissoru və ssenari müəllifi kimi məşhurdur. Stiven Qeyqan 6 may 1965-ci ildə Kentukkinin Luisvil şəhərində anadan olub. Aktrisa Mixael Makkreynlə əvvəlki nikahından 1999-cu il təvəllüdlü Qardner adlı oğlu və 2001-ci il təvəllüdlü Elizabet adlı qızı var. 2007-ci ildə Merion Minni Mortimerlə ailə qurub. Cütlüyün iki qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%B9%D0%B3%D0%B0%D0%BD,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç