Enn Törner

Enn Törner

Rejissor, prodüser

BİOQRAFİYA

Enn Törner (ing. Ann Turner) – britaniyalı rejissor və prodüserdir. 1927-ci ildə İngiltərənin Berkşayr əyalətində anadan olub. Atası həkim Terens Törner, anası istedadlı həvəskar rəssam və pianoçu Odri Törner olub. Enn Cildford qızlar məktəbini bitirdikdən sonra Sent Endryuz Universitetində tarix və ingilis dili üzrə ali təhsil alıb. 1952-ci ildən BBC-də işləməyə başlayıb. 1950-1960-cı illərdə incəsənətlə bağlı ilk sənədli film və serialların hazırlanmasında iştirak edib. 2019-cu ildə 92 yaşında Britaniyada dünyasını dəyişib. Daha çox “Sivilizasiya” (1969), “Corc Söra: Bir rəssamın portreti” (1979) filmləri üzərində gördüyü işə görə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.theguardian.com/tv-and-radio/2019/jun/27/ann-turner-obituary

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç