Kennet Klark

Kennet Klark

Ssenarist

BİOQRAFİYA

Kennet Makkenzi Klark və ya baron Klark 13 iyul 1903-cü ildə Londonda (İngiltərə) anadan olub. Britaniyalı yazıçı, tarixçi, incəsənət və tarixçisidir. BBC-nin populyar “Sivilizasiya” sənədli serialının müəllifi və aparıcısı olub, ümumiyyətlə bu janrı pionerlərindən hesab olunur. Serial 1969-1970-ci illərdə BBC telekanalında yayımlanıb. Geyim istehsalı ilə məşğul olan şotlandiyalı biznesmenin ailəsində anadan olub. Ailənin tək övladı olub. Prestijli Vinçester kollecini bitirib. 1922-1926-сı illərdə Okfordun Triniti kollecində oxuyub, incəsənət tarixini öyrənib. 1931-ci ildə Oksfordda dərs deməyə başlayıb. 1934-cü ildə London Milli Galereyasının ən gənc direktoru olub. Qalereyaya 1945-ci ilə qədər rəhbərlik edib. 1955-1960-cı illərdə Böyük Britaniya İncəsənət İttifaqının sədri olub. 1967-1978-ci illərdə York Universitetinin rektoru  və paralel olaraq Britaniya muzeyinin kuratoru vəzifəsini tutub. 1949-cu ildə Britaniya akademiyasının üzvüdür. 1938-ci ildə Bani Fəxri Ordeninin kavaleri adını alıb. 1976-cı ildə ona Xidmət ordeni verilib. 1927-ci ildə Okfordan olan irland əsilli sinif yoldaşı Elizabet Ceyn Martinlə evlənib. Cütlüyün 3 övladı olub. Həyat yoldaşı 1976-cı ildə vəfat edib və artıq növbəti ilə Klark Nolven de Janze-Raysla ailə qurub. 21 may 1983-cü ildə İngiltərənin Hit şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D0%B0%D1%80%D0%BA,_%D0%9A%D0%B5%D0%BD%D0%BD%D0%B5%D1%82_%D0%9C%D0%B0%D0%BA%D0%BA%D0%B5%D0%BD%D0%B7%D0%B8

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç