Nikolas Bleyk
Aktyor, ssenarist
Nikolas Bleyk – ingilis şair, tənqidçi, detektiv və yazıçıdır. Əsl adı Sesil Dey Lüisdir. 27 aprel 1904-cü ildə İrlandiyanın Ballintubber şəhərində protestant keşişin ailəsində anadan olub. Anasının ölümündən sonra Londona köçüb və xalası tərəfindən tərbiyə olunub. Oksford universitetini bitirdikdən sonra, 1927-1935-ci illərdə müxtəlif İngiltərə məktəblərində müəllimlik edib. Solçu baxışlarına görə mütəmadi olaraq məktəb rəhbərliyi və təhsil işçiləri ilə münaqişədə olur. 30-cu illərin ortalarında Böyük Britaniyanın kommunist partiyasına qoşulub. Ancaq İspaniyada baş verən vətəndaş müharibəsindən sonra, bir çox qərb ziyalıları kimi Lenin-Stalin doktrinasının praktikada gerçəkləşməsindən məyus olub. Şerləri 20-ci illərdən etibarən nəşr olunur. 30-cu illərdə çap olunan şerlər toplusu ilə məşhurlaşıb. 1938-1954-cü illərdə “Seçilmiş əsərləri” toplusunun 2 cildi dərc olunub. 1951-1956-cı illərdə Oksfor universitetinin poeziya professoru, ardınca “Çatto end Uindus” nəşrinin direktoru olub. 1972-ci ildə Britaniyada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.livelib.ru/author/81-nikolas-blejk