İen Riçardson

İen Riçardson

Aktyor

BİOQRAFİYA

İen Uilyam Riçardson (ing. Ian William Richardson) – şotlandiyalı aktyordur. Britaniyanın ən tanınmış klassik teatr aktyorlarından hesab olunur. Makivelian siyasətçi Frensis Urkhart obrazını canlandırması ilə məşhurlaşıb. BBC-nin bir sıra telefilmlərinə çəkilib. Britaniya İmperiyası ordeninin komandoru olub. İen Riçardson 7 aprel 1934-cü ildə  Edinburq şəhərində anadan olub. Bolqrin ibtidai məktəbində oxuyub. Daha sonra Qlazqo dram incəsənət kollecini bitirib. İlk dəfə Birminqem teatrında qoyulan Hamlet tamaşasında oynadığı Hamlet rolu ilə tanınmağa başlayıb (1960). Sonradan Şekspir adına Kral teatr truppasına qoşulub. Orada bir neçə il ərzində aktiv olaraq tamaşalarda iştirak edərək, fərqli-fərqli obrazlar canlandırıb. Həmin truppada xidməti dövründə Jan-Pol Marat obrazını yaradıb və “Marat/Sad” adlı tamaşanın quruluşçu rejissoru olub, sonradan onun 1966-cı ildə kino üçün adaptasiyasında da iştirak edib. Amerikada isə Nyu-York teatr səhnələrində etdiyi çıxışlardan sonra məşhurlaşıb. 1974-cü ildə qısamüddətli əsəb sarsıntısı keçirib və nəticədə Şekspir adına Kral teatr truppası ilə yollarını ayırıb. İki ildən sonra Brodvey səhnəsində, “Mənim gözəl xanımım” (My Fair Lady) tamaşasında Henri Hiqqins rolunu oynayıb. Həmin rol ona “Drama desk” mükafatını qazandırıb. 1981-ci ildə Brodveydə Nabokovun eyniadlı romanı əsasında qoyulmuş “Lolita” adlı tamaşada çıxış edib. 1968-ci ildə “Yay gecəsində yuxu” kinolentində Oberon obrazını canlandırıb. Daha sonra BBC–nin “Od olmuyan yerdən çıxan tüstü” (1978) telefilmində Don Xuan rolunu oynayıb. 1980-ci illərdə Riçardson bədii və televiziya filmlərində fərqli-fərqli obrazlar yaradıb. “Baskervillərin itləri” (1983) televiziya filmində Şerlok Holms rolunu oynayıb. 1985-ci ildə Terri Qilliamın “Braziliya” filmində oynadığı bürokrat rolu tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%98%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç