Erik Porter

Erik Porter

Aktyor

BİOQRAFİYA

Erik Riçard Porter (ing. Eric Richard Porter, 8 aprel 1928 – 15 may 1995) – ingilis teatr, kino və televiziya aktyorudur. 8 aprel 1928ci ildə Londonda  konduktor Riçard Conun ailəsində anadan olub.  Validenyləri onun elektrotexnik olacağına ümid edib və ona görə Uimbldonun texniki kolleclərindən birinə daxil olmasına köməklik edib.  İlk dəfə 1945-ci ildə, 17 yaşında olan Kembric səhnəsində çıxış edib. 1955-ci ildə Bristol Old Vik teatrının səhnəsində Ben Consonun “Volpone” pyesində baş rolu ifa edib. 1960-cı ildə Şekspir adına Kral Teatr truppasına qoşulub. Elə həmin il Con Uebsterin “Malfi hersoqinyası” pyesində Ferdinand rolunda çıxış edib. 1962-ci ildə Şekspirin “Simbelin” pyesində Yakimo rolunu oynayıb. Həmçinin müxtəlif illərdə Uiss, Makbet, Leon, Malvolio, Şilok, kral Lir və IV Henri kimi klassik dram obrazlarını canlandırıb.  BBC-nin efirində yayımlanan “Forsaytlar haqda saqa” teleserialında oynadığı vəkil Soums Forsayt roluna görə ən yaxşı aktyor nominasiyasında BAFTA mükafatına layiq görülüb. 1981-ci ildə “Winston Churchill: The Wilderness Years” siyasi bioqrafik serialda oynadığı Nevil Çemberlen roluna görə tənqid hədəfinə tuş gəlib. 1998-ci ildə “Dağılmış damdakı pişik” pyesində oynadığı rola görə Evening Standard  (London) qəzet redaksiyasının təsis etdiyi “Ən yaxşı teatr aktyoru” mükafatı ilə təltif olunub. Sonuncu rolu 1994-cü ildə Dennis Potterin “Message of Posterity” adlı telepyesində rəssam Ceyms Pleyer rolu sayılır. 1995-ci ildə 67 yaşında yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D1%82%D0%B5%D1%80,_%D0%AD%D1%80%D0%B8%D0%BA_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç