Devid Acala
Aktyor, prodüser
Devid Acala – britaniyalı teatr və kino aktyorudur. “Gecədən uçub keçən”, “Qara qutu”, “Yağıntı” seriallarında oynadığı rolları ilə tanınır. Devid Acala 1984-cü ildə Londonun Hokni rayonunda anadan olub. Anna Scher Theatre dram məktəbində ali təhsil alıb. Teatr aktyoru olaraq “Yay gecəsinin yuxusu”, “Hamlet”, “Mayamidə bir gecə” kimi tamaşalarda səhnəyə çıxıb. Kinoda ilk rolunu 2006-cı ildə “Əlaltılar” adlı filmində oynayıb. İki ildən sonra “Əlaltılar 2” filmində eyni rolu davam etdirib. Bu müddət ərzində “Arzuların komandası” serialında özünə daimi rol qazanıb. 2008-ci ildən sonra mütəmadi olaraq kino və seriallara çəkilib. Növbəti 10 il ərzində 50-dən çox ikinci plan rolu oynayıb. 2018-ci “Gecədən uçub keçən” çoxseriyalı fantastik trillerində mərkəzi rollardan birini (Roy Eris rolun) oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/david_ajala/