David Çerkasskiy
Rejissor, ssenarist, aktyor
David Yanoviç Çerkasskiy – sovet və ukraynalı rəssam-multiplikator, rejissor və ssenaristdir. 2010-cu ildə Ukrayna Xalq arstisti adını alıb. 1931-ci ildə Ukrayna SSR-nin Şpola bölgəsində yəhudi ailəsində anadan olub. Doğum şəhadətnaməsinə əsasən bir il sonra dünyaya gəlib ( həmin dönəmlərdə valideynlər uşaqlarının əsgərliyə nisbətən gec getməsi üçün, bilərəkdən uşaqlarını bir-iki il geri yazdırırdılar). Pasportda isə təvəllüdü 1932-ci il göstərilib. Atası Yan Davıdoviç Çerkassskiy mətbəəçi işləmək üçün 20-ci əsrin əvvəllərində Kiyevə gəlib. David altı yaşında olanda “Soyuzmultfilmin” cizgi filmlərindən birini izlədikdən sonra, həyatını multiplikasiyaya həsr etməyə qərar verib. Kiyevin inşaat institutunun texnologiya fakültəsini bitirib, bir müddət Kiyevin “Proektstalkonstruksiya” layihələndirmə təşkilatında mühəndis-inşaatçı işləyib. Bir neçə il rəssam-multiplikator kimi çalışıb. Rejissor kimi debütünü 1964-cü ildə “Qara kralın sirri” adlı sosial maarifləndirmə xarakterli qısametrajlı filmin çəkilişi ilə gerçəkləşdirib. Həmin film Rumıniyanın Mamay şəhərində keçirilən multiplikasiya festivalında rəğbətləndirici mükafatla təltif olunub. Ardınca “Kapitan Vrugnelin macəraları” və “Doktor Aybolit” kimi cizgi filmlərinin rejissoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B5%D1%80%D0%BA%D0%B0%D1%81%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%94%D0%B0%D0%B2%D0%B8%D0%B4_%D0%AF%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87