Qarik Xarlamov

Qarik Xarlamov

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

İqor Yuryeviç Xarlamov - rusiyalı kino və televiziya aktyoru, yumorist, şoumen, müğənni, teleaparıcıdır. Qarik “Buldoq” Xarlamov səhnə adı ilə tanınır. “Zbornaya Moskva “MAMİ” və “Nezolotaya molodyoj” ŞHK komandalarının iştirakçısı olub. Bundan başqa Comedy Club telelayihəsinin rezidentidir. “Tri obezyanı”, “Buldoq-şou” və “XB” yumorostik layihələrinin iştirakçısı olub. 28 fevral 1981-ci ildə Moskva şəhərində anadan olub. Bəzi mənbələr onun 1980-ci ildə anadan olduğunu yazsa da, Xarlamov verdiyi müsahibələrin birində bunun yalnız tarix olduğunu bildirib. Doğulan vaxt Andrey adı ilə qeydiyyata alınsa da, 3 ay sonra ona babasının adı – İqor adı qoyulub. Anası Natalya İqoryevnadır. Yeniyetmə olanda valideynləri ayrılıb. Atası ABŞ-a köçən zaman oğlunu özüylə aparıb. 14 yaşında olanda Çikaqoda “Harendt” teatr məktəbinə qəbul olunub. Qrupda yeganə rusiyalı olub. Müəllimi dünya şöhrətli aktyor Billi Zeyn olub. Amerikada yaşadığı illərdə dolanmaq üçün mobil telefonların satışı ilə məşğul olub, bir müddət “McDonalds” restoranlarında işləyib. Beş ildən sonra anasının əkiz qızlar dünyaya gətirməsindən sonra Moskvaya  geri qayıdıb. Rusiyada dayısı oğlu İvan Ovsyannikovla vaqonları gəzərək mahnılar ifa edib, Arbatda ötüb-keçənlərə lətifələr danışıb. Dövlət İdarəçilik Universitetini “personalın idarə olunması” ixtisası üzrə bitirib. “Zbornaya Moskvı MAMİ” və “Nezolotaya Molodyoj” ŞHK komandalarının frontmeni olub. Şəxsi həyatına gəlincə birinci həyat yoldaşı Yuliya Xarlamova ilə 2010-cu ildən 2013-cü ilə qədər evli olub. İkinci həyat yoldaşı aktrisa Kristina Asmusla 2013-cü ildə nikaha daxil olub. Onunla “Adını çək, Qulağını bur” filminə baş rola çəkilib. 2014-cü ildə onların Anastasiya adlı qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdak linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D0%BB%D0%B0%D0%BC%D0%BE%D0%B2,_%D0%93%D0%B0%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç