Kinen Ayvori Uayans
Aktyor, ssenarist, prodüser, rejissor
Kinen Ayvori Uayans — amerikalı rejissor və aktyordur. 1958-ci ildə Nyu-Yorkda çoxuşaqlı (10 uşaqlı) ailədə anadan olub. Alabamada Tuskegee İnstitutunun nəzdindəki kollecdə təhsil alıb. Özünü tamamilə şou biznesə həsr etmək üçün təhsilini yarımçıq qoyur. Karyerasının birinci mərhələsində bir neçə televiziya serialında “Kaliforniya yol patrulu”, “Blüz Hill Strit” (1981—1987) və “Pleyboy ulduzu” (1983) filmində epizodik rolda yer alıb. Rejissor kimi öz yazdığı ssenarisi əsasında çəkdiyi “Əclaf, tutacam səni” (1988) komediya kəskin filmi ilə debüt edib. Filmdəki baş rolu özü ifa edib. “Canlı rəngdə” (1990-1994) komediya teleserialındakı rolu ilə ABŞ-da məşhurlaşıb. Kinen həm rejissor, aktyor, prodüser və ssenarist kimi çalışır. Rejissorun “İtən milyonlar” (1994), “Çox qorxulu film” (2000), Çox qorxulu film 2” (2001), “Ağ gözəlçələr” (2004), “Dəcəl” (2006) filmləri daha uğurlu olub. Çəkdiyi filmlərin rejissoru, ssenaristi və prodüseri olan Kinen rola da çəkilir. Demək olar həmişə filmlərində qohumlarını – qardaşları Şon Uayans və Marlon Uayansı çəkir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D0%B9%D0%B0%D0%BD%D1%81,_%D0%9A%D0%B8%D0%BD%D0%B5%D0%BD_%D0%90%D0%B9%D0%B2%D0%BE%D1%80%D0%B8