Morqan Sperlok
Prodüser, rejissor, ssenarist
Morqan Valentayn Sperlok (ing. Morgan Valentine Spurlock) – amerikalı sənədli filmlər rejissoru, yumorist, televiziya prodüseri, ssenarist və jurnalistdir. “İkiqat pay” sənədli filminin rejissoru, ssenaristi və aparıcısı kimi məşhurlaşıb. “30 gün” realiti şousunun icraçı prodüseri və ulduzu olub. Morqan Valentayn Sperlok 7 noyabr 1970-ci ildə ABŞ-ın Parkersberq şəhərində anadan olub. 1989-cu ildə Vudro Vilson orta məktəbini bitirib. 1993-cü ildə Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Məktəbini kino istehsalı ixtisası üzrə bitirib və təsviri incəsənət bakalavr diplomu əldə edib. Onun çəkdiyi “İkiqat pay” sənədli filmi “Oskar” mükafatına namizəd olub. Sperlok bir müddət dramaturgiya ilə də məşğul olub. Onun “Simurq” pyesi 1999-cu ildə Nyu-York Beynəlxalq Festivalında mükafata layiq görülüb. “Şosse 66” pyesi isə 2000-ci ildə Amerika Dramaturgiya Müsabiqəsinin mükafatçısı olub. Sperkol eyni zamanda MTV telekanalında “Gəl mübahisə edək” şousunun yaradıcısı olub. Əvvəl internet üzərindən yayımlanmış şouda, adi insanlar pul müqabilində müxtəlif iyrənc, ağılasığmaz və utandırıcı hərəkətlər edib, məsələn 235 dollara bir banka mayonez yeyib, 265 dollara soxulcanlardan ibarət burito yeyib və sair internet yayım böyük uğura imza atıb və ilk beş gün ərzində beş milyon dəfədən çox baxılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D0%B5%D1%80%D0%BB%D0%BE%D0%BA,_%D0%9C%D0%BE%D1%80%D0%B3%D0%B0%D0%BD