Maykl Cordan

Maykl Cordan

Aktyor, keçmiş basketbolçu

BİOQRAFİYA

Maykl Ceffri Cordan – amerikalı keçmiş basketbolçu, yarım-peşəkar beysbolçudur. 17 fevral 1963-cü ildə Nyu-York ştatının Bruklin şəhərində anadan olub. Hücuma meyilli müdafiəçi mövqeyində çıxış edib. NBA və ümumilikdə basketbolun 1980 və 1990-cı illərdə bütün dünyada popularizasiyasında mühüm rol oynayan idmançılardan hesab olunur. Karyerasının əvvəlində, daha dəqiq desək 1982-1984-cü illərdə Şimali Karolina Universitetinin komandasında çıxış edib. Həmin komandanın sıralarında 1982-ci ildə NCAA çempionatının qalibi olub. 1984-cü ildə “Çikaqo Bullz” komandasına qoşulub. Fenomenal tullanıb zərbələr endirmə bacarığına görə ona “Uçan Cordan” ləqəbini veriblər. O eyni zamanda NBA tarixinin gəlib getmiş ən yaxşı müdafiəçilərindən hesab olunur. 1991-ci ildə “Çikaqo Bullz” komandasının heyətində ilk NBA çempionluğunu qazanıb. 1992-1993-cü illərdə bu uğuru təkrarlayıb. 1993-1994-cü il mövsümünün əvvəlində atasının ölümündən sonra Cordan qəfil olaraq basketboldan ayrılıb və beysbol karyerası qurmağa çalışıb. 1995-ci ildə basketbol meydançasına qayıdaraq, “Bullz”a daha üç titul qazanmaqda (1996, 1997 və 1998) kömək edib. O eyni zamanda 1995-1996-cı ildə komandası ilə birlikdə yeni rekorda (72 qələbə) imza atıb. İkinci dəfə karyerasını 1999-cu ildə dayandıran Cordan, iki mövsümdən sonra 2001-ci ildə dönüş edib və bu dəfə “Vaşinqton Uizards” komandasının şərəfini qoruyub. 1996-cı ildə fentezi habelə, müəyyən mənada avtobioqrafik olan “Kosmik Cem” komediya filmində özünü oynayıb. “Şarlott Hornets” klubun basketbol əməliyyatları üzrə rəhbəridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B0%D0%BD,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç