Lev Zemlinskiy

Lev Zemlinskiy

Bəstəkar

BİOQRAFİYA

Lev Zemlinski 8 mart 1958-ci ildə Moskvada anadan olub. Sovet və Rusiya bəstəkar, aranjimançı, musiqiçi və publisistdir. Moskva Eksperimental caz studiyasında cazı öyrənib. 1991-ci ildə Moskva Konservatoriyasında kompozisiya dərsləri alıb. 1994-cü ildə İrlandiyada keçirilən “Avroviziya” yarışmasında bəstəkar qismində Rusiyanı təmsil edib. Rusiya təmsilçisinin ifa etdiyi mahnını müşayiət edən İrlandiya radio və televiziya orkestrinə dirijorluq edib. 2010-cu ildən indiyə dək “Fiksiklər” uşaq animasiya serialının bəstəkarıdır. Serial Rusiyanın telekanalarında uğurla yayımlanır. 2007-ci ildə rusiya və amerikanın birgə istehsalı olan Monumental Pictures şirkətinin “Yol baxıcısı” tammetrajlı filminə musiqi bəstələyib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B5%D0%BC%D0%BB%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%9B%D0%B5%D0%B2_%D0%98%D0%BB%D1%8C%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç