Yen Stüart

Yen Stüart

Riyaziyyatçı

BİOQRAFİYA

İen Nikolas Stüart - britaniyalı riyaziyyatçı, elm populizatoru və fantast-yazıçıdır. 24 sentyabr 1945-ci ildə İngiltərədə anadan olub. Uorik universitetinin professorudur. Altıncı sinifdə oxuyanda müəllimi onun inanılmaz riyazi istedadının olduğunu görərək, hazırlıq keçmədən ali riyaziyyatdan imtahan verməyi təklif edib. Stüart razılaşaraq sinifdə birinci yeri tutub. Beləcə Kembricin Çörçil Kollecində ali təhsil alması üçün təqaüd qazanıb. Orada riyaziyyat ixtisası üzrə ali təhsil alıb və bakalavr dərəcəsi əldə edib. Ardınca Uorik universitetinin aspiranturasına daxil olub. Orada cəbr üzrə fəlsəfə elmləri doktoru dərəcəsi əldə edib. Elmi rəhbəri tanınmış riyaziyyatçı Brayan Hartli olub. 1970-ci ildə Avril adlı xanımla ailə qurub. Cütlüyün iki övladı var. Elmi fantastika, rəssamlıqla maraqlanır, asudə vaxtlarında gitara çalır, akvarium balıqları çoxaldır, sualtı üzgüçülüklə məşğul olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%8E%D0%B0%D1%80%D1%82,_%D0%98%D1%8D%D0%BD_(%D0%BC%D0%B0%D1%82%D0%B5%D0%BC%D0%B0%D1%82%D0%B8%D0%BA)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç