Yuriy Volıntsev
Aktyor, ssenarist
Yuriy Vitalyeviç Volıntsev 28 aprel 1932-ci ildə Leninqradda anadan olub. Sovet və rus kino və teatr aktyorudur. RSFSR xalq artistidir (1984), Y.Vaxtanqov adına dövlət akademik teatrında A.N.Ostrovskinin pyesi əsasında “Günahsız günahkarlar” tamaşasına görə 1994–cü il Rusiya Dövlət Mükafatı laureatı olub. İdmançı Pan roluna çəkilib. Şukinsk teatr məktəbini bitirib. Təhsilini bitirdikdən sonra Vaxtanqov adına Moskva akademik teatrında çalışıb. Əksər məşhur sovet multdilmlərinin personajlarını səsləndirib. Kinoda çox zaman epizod rollarda çəkilib. Sovet tamaşaçısına daha çox “Kabaçok 13” yumoristik teleserialından idmançı Pan rolu ilə tanışdı. Aktrisa, radio və teleaparıcı Kseniya Strijin atasıdır. 9 avqust 1999-cu ildə 68 yaşında kəskin ürək çatışmamazlığında yuxuda dünyasını dəyişib. Atyorla vida mərasimi 12 avqust 1999-cu ildə Vaxtanqov adına teatrın foyesində baş tutub. Hovansk qəbiristanlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BB%D1%8B%D0%BD%D1%86%D0%B5%D0%B2,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%92%D0%B8%D1%82%D0%B0%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87