Mixail Kamenetskiy
Operator, rejissor
Mixail Abramoviç Kamenetskiy (1924 — 2006) — sovet və rus operatoru, rejissorudur. RSFSR əməkdar incəsənət xadimidir (1992). 17 iyul 1924–ci ildə Kiyev quberniyasında anadan olub. İkinci Dünya müharibəsi iştirakçısıdır. 1951-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. 1955-ci ilədək Sverdlov kinostudiyasında operator vəzifəsində çalışıb. 1955-ci ildən “Soyuzmultfilm” kinostudiyasında kinooperator olaraq çalışıb. V.D.Deqtyaryov, A.Q.Karanoviç, V.P.Danileviç, N.M.Çervinskoy və digər rejissoru olduğu cizgi filmlərini çəkib. 1965-ci ildə “Belə möcüzələr” və “Meşədə kimin qozalarıdır?” cizgi filmləri ilə rejssor kimi debüt edib. 1965-1969-cu illərdə rejissor və operator kimi fəaliyyət göstərib. 1969-cu ildə sərbəst işləməyə başlayıb. 1990-cı illərdə Almaniyaya köçüb. ASİFA-nın üzvüdür. 1 noyabr 2006-cı ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BC%D0%B5%D0%BD%D0%B5%D1%86%D0%BA%D0%B8%D0%B9,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%90%D0%B1%D1%80%D0%B0%D0%BC%D0%BE%D0%B2%D0%B8%D1%87