Miltos Yerolimu

Miltos Yerolimu

Aktyor

BİOQRAFİYA

Miltos Yerolimu – yunan-kipr əsilli britaniyalı aktyordur. “Taxt oyunları” teleserialında Sirio Forel obrazını canlandırması ilə məşhurdur. Britaniyanın Şekspir adına Kral teatr truppasının üzvüdür. 1995-ci ildən ekranlara çıxır. Televiziyada başlıca olaraq “Blekin kitab dükanı”, “Bir daha”, “Mənim ailəm” kimi Britaniya seriallarında oynadığı rolları ilə tanınır. 2015-ci ildə “Ulduz müharibələri: Qüvvənin oyanışı” və “Danimarkalı qız” filmlərinə çəkilib. “Taxt oyunları” populyar fentezi serialında Aryaya qılıncoynatma üzrə təlim keçən Sirio Forel rolunu ifa edib. Özünəməxsus ləhcə yaratmaq üçün Sirio öz yunan ləhcəsini italyan, ispan və fars ləhcələri ilə qarışdırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://gameofthrones.fandom.com/ru/wiki/%D0%9C%D0%B8%D0%BB%D1%82%D0%BE%D1%81_%D0%95%D1%80%D0%BE%D0%BB%D0%B8%D0%BC%D1%83

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç