Samanta Siqer

Samanta Siqer

Aktrisa

BİOQRAFİYA

Samanta Siqer (ing. Samantha Seager) – britaniyalı aktrisadır. 13 iyul 1974-cü ildə İngiltərənin Aterton şəhərində anadan olub. Britaniyanın məşhur sabun operası sayılan “Koronasiya küçəsi” serialında Cudi Morton rolunu oynayıb. Serialın aktyor heyətindən uzaqlaşdıqdan sonra başlıca olaraq televiziya və teatr sahəsində çalışıb. 2010-cu ildə BBC-nin “Vaterlo yolu” adlı sənədli filmində Culi Veyl obrazını canlandırıb. 2014-cü ildə Riçmon Oranj Tri teatrının səhnəsində İnvincible tamaşasında Doun rolunu oynayıb. Daha çox “Qəribə” (Strange,2003) və “Vaterlo küçəsi” (2010) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 20-dən çox film və seriala çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Samantha_Seager

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç