Dmitriy Nazarov

Dmitriy Nazarov

Aktyor

BİOQRAFİYA

Dmitriy Yuryeviç Nazarov 4 iyul 1957-ci ildə Moskvada anadan olub. Sovet və rusiyalı teatr və kino aktyoru, teleaparıcıdır. Rusiya Federasiyası Xalq artistidir (2000). 2012-ci ildən 2016-cı ilədək “Mətbəx” komediya televiziya serialında Claude Monet restoranının baş aşbazı Viktor Barinov baş rolunu ifa edib. Kompüter oyunları və multfilmlərini səsləndirib. “Fiksiklər”, “Knyaz Vladimir”, “Ördək əhvəlatları”, “Cəngəlliklər kitabı”, “Çip və Deyl köməyə tələsir”, “Real dələ” cizgi filmlərini səsləndirib. Filmoqrafiyasında kinofilm və teleserial var. Üç dəfə evli olub. Üçüncü həyat yoldaşı-Olqa Anatolyevna Vasilyeva aktrisadır. İki övladı var. Oğlu Arseniy Nazarov (1991) və qızı Arina Nazarovadır (1999).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Назаров,_Дмитрий_Юрьевич

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç