Prof. Robert Uinston

Prof. Robert Uinston

Alim

BİOQRAFİYA

Robert Uinston (ing. Robert Winston ) – tanınmış britaniyalı alim, televiziya aparıcısı, tibb doktoru, Leyboristlər partiyasının siyasətçisidir. 15 iyul 1940-ci ildə İngiltərənin London şəhərində anadan olub. Ortodoksal yəhudi ailəsində boya-başa çatıb. Atası Robertin doqquz yaşı olanda ətrafdakıların müalicəyə etinadsız yanaşması nəticəsində dünyasını dəyişib. 1964-cü ildə Londonun Xəstəxanasının Tibb Kolecini bitirib, cərrahiyə ixtisası üzrə dərəcə alıb. Bir müddət kliniki praktikasında fasilə edərək teatrda bədii rəhbər kimi çalışıb. 1969-cu ildə Edinburq Festivalında Milli Rejissorlar Mükafatının qalibi olub. BBC telekanalının tibb və son elmi nailiyyətlərlə bağlı “Your Life in Their Hands”, “Making Babies”, “Superhuman”, “The Secret Life of Twins”, “Child of Our Time”, “Human Instinct”, “The Human Mind”, “Frontiers of Medicine” sənədli film silsilələrinin aparıcısı olub. 1973-cü ildə Lira Uinstonla ailə qurub. Cütlüyün 3 övladı var.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Winston

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç