Zavyer Semüel

Zavyer Semüel

Aktyor

BİOQRAFİYA

Zavyer Semüel 10 dekabr 1983-cü ildə Avstraliyanın Hamilton şəhərində anadan olub. “Sentyabr”, “Nyukasl”, “Sevimlilər”, “Frankenşteyn”, “Toy qalmaqalı” filmlərindəki rolları ilə tanınıb. Daha çox “Alatoranlıq.Saqa.Tutulma” filmində Rayli Birs, “Sunami 3D” filmində Coş rolları ilə dünya şöhrəti qazanıb. 2003-cü ildə “Makleodun qızları” teleserialında debüt edib. 2009-cu ildə “Sevimlilər” filmində aparıcı rollardan birinə Brent roluna dəvət alıb. Müxtəlif mükafatlara layiq olan film, son nəticə kifayət qədər gəlir gətirə bilməyib. “Alatoranlıq.Saqa.Tutulma” filmində Rayli Birs roluna görə MTV Movie Awards mükafatı qazanıb. 2011-ci ildə “Anonim” filmində Henri Rizli rolunda çəkilib. Həmin ili “Məbəd” və “Sunami 3D” filmində çəkilib. 2016-cı ildə "The Death and Life of Otto Bloom" filmində baş rolda çəkilərək Reyçel Uord və Matilda Braunla tərəf-müqabili olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Сэмюел,_Завьер

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç