Rayan Kvonten
Aktyor
Rayan Kristian Kvonten 28 noyabr 1976-cı ildə Sidney şəhərində Avstraliyalı dənizçi və xeyriyyə təşkilatına aid mağazanın satıcısının ailəsində dünyaya gəlib. Ata tərəfdən əcdadları holland olub. Anası isə əslən xorvatdır. Kvontenin iki qardaşı var: biri musiqiçi, digəri terapevtdir. Rayan katolik məktəbdə oxuyub. Aktyor karyerasının ilk rollarını “Primitiv praktika”, “Hey, papa...” və “Cadügər: Böyük əjdahanın diyarı” seriallarında oynayıb. 1997-ci ildə aktyor “Ev və evdən uzaqlar” sabun operasının əsas aktyor heyətinə daxil edilib. 2002-ci ildə oynadığı qəhrəmanın evlənərək ata olmasından sonra layihəni tərk edib. Kvonten “beynəlxalq arenaya” baş vurmaq məqsədilə ABŞ-a köçür. Orada “Əbədi yay” melodramında Cey roluna dəvət olunur. Ardınca Marey Bello, Ellison Loman və Tim MakQronun çəkildiyi “Flika” filmində rol alır. Həmçinin “Ölü sükut” qorxu filmində baş rola çəkilir. 2008-ci ildə Rayan “Qanun və qayda: Xüsusi korpus” serialında hərbi dəniz donanması hərbçisi Dominik Pruitta qonaq roluna dəvət olunur. Həmin epizodda onun personajı ondan uşaq dünyaya gətirən həmkarını zorlamaqda və qətlə yetirməkdə ittiham edilir. 2009-cu ildə aktyor Mişen Barton və Bo Briclə birgə “Yoxa çıxma” filmində baş rola çəkilir. Kvonten həmçinin HBO telekanalında yayımlanan “Xalis qan” vampir dramında da baş rollardan birinə çəkilib, filmdə baş qəhrəmanın "şor göz" qardaşı Ceyson Stakhausu oynayır. 2015-ci ildə Miki Rurqla birgə baş rola çəkildiyi “Azğın güllə” filmi ekranlara çıxıb. Daha çox Avstraliyanın “Ev və evdən uzaqlar” sabun operasında Vinni Paterson, “Əbədi yay” filmində Cey Robertson, “Xalis qan” filmində Ceyson Stakhaus rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ryan_Kwanten