Roy Dupyuyi
Aktyor, prodüser, rejissor
Roy Dupyuyi (fr. Roy Dupuis) — fransız əsilli kanada aktyorudur. Roy Dupyuyi 21 aprel 1963-cü ildə Kanadanın Kvebek vilayətinin şimalında Abitibi rayonunun fransız dilli Amos qəsəbəsində anadan olub. 1986-cı ildə Ry teatr məktəbini bitirib, müxtəlif teatr tamaşalarında iştirak edib. Kinoda epizod və kiçik rollarda çəkilib. “Onun adı Nikita” serialında əməliyyatçı Maykl Semüel rolu ilə tanınıb. Dupyuyi kvebekin Marlon Brandosu adlanıb. “MİRA” və “Çay fondu” iki xeyriyyə fondunu maliyyələşdirir. MİRA kor insanların sosial adaptasiyasını keçirir, “Çay fondu” isə Kanadanın böyük sayda gözəl göllərinin ekoloji təmizliyi naminə mübarizə aparır. Harada olmasından asılı olmayaraq bu təşkilatların yay görüşləri-təqdimatlarında mütləq şəkildə iştirak edir. Eyni zamanda müxtəlif ölkələrdən və hətta qitələrdən onunla görüşə gələn pərəstişkarlarla görüşür. “Onun adı Nikita” (1997-2001) serialının yaradıcılarındandır. “Varvarların hücumu” (2003), “Moris Rişar” (2006), “Serafin” (2002), “Monrealdan İsa” (1989), “Asan pullar” (1998) filmləri və “Onun adı Nikita” (1997-2001), Le dernier chapitre: La Suite (2002), “Sonuncu Çapter 2: Müharibə davam edir” (2003) və digər filmlərdə çəkilib. Chercher le courant (2011) filminin prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дюпюи,_Рой