Lili Reyb

Lili Reyb

Aktrisa, prodüser

BİOQRAFİYA

Lili Reyb (ing. Lily Rabe) —amerikalı aktrisadır. 29 iyun 1982-ci ildə ABŞ-ın Nyu-York ştatında anadan olub. “Toni” mükafatı namizədidir. FX kanalında yayımlanan “Amerika qorxu tarixi” teleserialındakı rolu il tanınıb. Atası dramaturq Devid Reyb və aktrisa  Cill Kleyberq  (1944—2010). Özündən kiçik iki qardaşı var. Maykl aktyor və dramaturq, Ceyson isə musiqiçidir. Atası katolik, ana babası yəhudi, ana nənəsi isə protestant olub. Bedfordda yaşayan Reyb Konnektikut ştatının Lekvill şəhərinə köçüb. Hotçkiss məktəbində təhsil alıb. On il ərzində rəqslə məşğul olub. Konnektikutda yay proqramında balet dərsləri keçib. “Qəlbin cinayəti” tamaşasının monoloqunu oxumaq ona həvalə olunub. O andan Reyb bu işlə məşğul olmaq istədiyini anlamağa başlayır. Cənub-Qərb universitetində təhsil alaraq 2004-cü ildə onu bitirib. Lili Reybin aktyorluq karyerası “Heç zaman çox” 2001 filmindəki baş rolu ilə başlayıb.  2005-ci ildə aktrisa Brodvey səhnəsində “Polad maqnoliyalar” tamaşasında Annett rolunu ifa edib.  “Bundan soyuq”, “Amerika planı” və “Dağılmış ev” pyeslərində çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8D%D0%B9%D0%B1,_%D0%9B%D0%B8%D0%BB%D0%B8 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç