Keri Elvis

Keri Elvis

Aktyor

BİOQRAFİYA

İvan Saymon Keri Elvis – ingilis aktyor və prodüserdir. Daha çox “Mişar” qorxu saqasında doktor Lourens Qordon rolu ilə məşhurlaşıb. Keri Elvis 26 oktyabr 1962-ci ildə Londonda anadan olub. İngiltərənin “Errou” məktəbini bitirib, Nyu-Yorkda Sara Lourens kollecində oxuyub. Daha sonra London Dram Musiqi və İncəsənət Akademiyasının məzunu olub. Atası Dominik Elvis və babası Saymon Elvis Böyük Britaniyanın məşhur rəssam portretçiləridir. Atası 1975-ci ildə intihar edib. Aktyorun karyerasında ilk əlamətdar rolu “Şahzadə gəlin” filmində Uestli adlı qəhrəman olub. Daha sonra “Şöhrət” dramı və “İsti başlar” komediyasında mərkəzi rollardan birini oynayıb. Beynəlxalq şöhrəti ona Kevin Kostnerin iştirakı ilə çəkilmiş filmə parodiya olan “Trikolu kişi” komediyasında oynadığı rol olub. Daha sonra “Drakula”, “Qasırğa”, “Yalançı, yalançı” kimi filmlərdə rol alıb. 2004-cü ildə “Mişar”, həmçinin “Mişar 3D” filminə çəkilib. Televiziyada bir sıra populyar serialların aktyor heyətində yer alıb. “Məxfi Materiallar” serialında FTB rəhbərinin müavini Bred Folmer rolunu ifa edib. 2005-ci ildə isə “Papa II Yohann Pavel” serialında mərkəzi rollardan birinə çəkilib. 2005-ci ildə “Mişar” filminin prodüserlərini məhkəməyə verib. O bildirib ki, filmin yaradıcıları ona ümumi kassa gəlirlərinin 1 faizini vəd etsələr də, o daha az məbləğ alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%B2%D0%B5%D1%81,_%D0%9A%D1%8D%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç