Deyv Porter

Deyv Porter

Bəstəkar

BİOQRAFİYA

Deyv Porter (ing. Dave Porter) – amerikalı bəstəkardır. Daha çox “Çətinliyə baş vurmuş” (Breaking Bad) serialına yazdığı saundtreklərlə məşhurlaşıb. Klassik və elektron musiqini Sara Lourens adına Kollecdə öyrənib. “Çətinliyə baş vurmuş” serialı üzərində gördüyü işə görə Amerika bəstəkarlar, yazıçılar və naşirlər ittifaqının mükafatını alıb. Porter etiraf edir ki, saundtreklərin böyük uğur qazanmasında şounun yaradıcısı Vins Gilliqanla apardığı diskusiyyaların töhfəsi olub, bəstəkar musiqini bəstələyən zaman serialın post-modern vestern aspektlərini önə çəkib. Serialın həlledici epizodları üçün dörd baş mövzu musiqisi yazıb. Həmin musiqilər əvvəlki sezonlarda səslənən musiqi parçaları əsasında hazırlanıb. O həmçinin NBC telekanalının “Qara siyahı” adlı casus dramına və “Çətinliyə baş vurmuş” serialının prikvel serialı sayılan “Yaxşısı budu Soula zəng vurun” kriminal dramına yazdığı musiqi ilə tanınır. Cinin adlı xanımla evlidir, bir oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D1%82%D0%B5%D1%80,_%D0%94%D1%8D%D0%B9%D0%B2

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç