Dmitriy Dyujev

Dmitriy Dyujev

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Dmitriy Petroviç Dyujev — rusiya kino və teatr aktyorudur. 9 iyul 1978-ci ildə Astraxanda anadan olub. Rusiya Federasiyası əməkdar artistidir (2018). Karaçayevo-Çerkessiya Respublikasının xalq artistidir. Dyujevin çəkildiyi məşhur filmlər arasında “Gizlən paç”, “Ada”, “Ağrı hiss etmirəm”, “Briqada” serialı və digər 2006-cı ildə Çexov adına MBT aktyorudur. “İki ulduz” teleşousunda qələbə qazandıqdan sonra vokalist kimi tərəf-müqabili Tamara Qverdsiteli ilə qastrollara gedir. Bacısı Anastasiya Petrovna Dyujeva 12 yaşında ağ qan xərçəngindən dünyasını dəyişib. Ailənin bütün gəlirləri onun müalicəsinə xərclənib. Ancaq uşağı xilas etmək mümkün olmayıb. Qızının ölümündən sonra atası aktyor Pyotr Valentinoviç Dyujev spirtli içkilərə qurşanır. Sahibi olduğu “Bogema” adlı kafeni sataraq, əldə alınan pula qızına ağ mərmərdən baş daşı düzəltdirir. Bundan sonra damarlarını kəsərək özünə qəsd edir. Anası Lyudmila Qriqoryevna Dyujeva yoldaşının ölümündən bir il sonra ürək tutmasından vəfat edib. 14 fevral 2008-ci ildə Tatyana Zaytseva adlı xanımla ailə qurub. Tatyana Dyujeva neft şirkətində çalışır. Cütlüyün İvan (7 avqust 2008) və Dmitriy (26 yanvar 2015) adlı iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дюжев,_Дмитрий_Петрович#cite_note-tatar-inform.ru-10

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç