Halil Sezai Paracıoğlu
Aktyor
Halil Sezai Paracıkoğlu, tam adı ilə Halil Sezai (16 Avqust 1979, Əskişəhər), Türk aktyor və müğənnidir. Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır. Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakültəsindən məzun olub. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "Ən Yaxşı Çıxış Edən Sənətçi" mükafatını alıb. 2011-ci ildə ekranlara girən "Əncir Mürəbbəsi" filmi ilə böyük ekranda yer alan Sezai, serialın davam filmi olan 2015 istehsalı "Əncir Mürəbbəsi" 2-də də baş rolda oynayıb. 2014-cü il tarixli "Çiyələk" filminin isə prodüserliyini də öhdəsinə götürüb. "Yapışıq Qardaşlar" filmində İmam rolunu oynayıb. Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olub. Bacısı Duyğu Paracıkoğlu isə aktrisadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Halil_Sezai