Aleksey Katışev

Aleksey Katışev

Aktyor

BİOQRAFİYA

Aleksey Yuryeviç Katışev (1949—2006) — sovet aktyorudur. Rejissor Aleksandr Rounun iki nağıl filmində “gənc igid” rolunda çəkilib. 1964-cü ildə Yalta kinostudiyasının nəzdində səs rejissor kurslarını bitirib. 1968-ci ildən başlayaraq aktyor kimi çalışıb. Film çəkilişləri bitən kimi Aleksey hərbi xidmətə yollanıb. 1973-cü ildə rejissorun ölümündən sonra aktyor filmlərdə epizodlarda çəkilməyə başlayır. 90-cı illərə qədər Yalta avtobazasında süd maşınında sürücü işləyib. Aleksey ömrünün son illərində tanışı olan kinostudiyanın işçisinin evində yaşayıb. 28 noyabr 2006-cı ildə Katışev Yalta xəstəxanasına bərk döyülmüş halda gətirilib. O, sərxoş gənc dəstənin hücumuna məruz qalıbmış. Həkimlər onda sepsisin inkişafına səbəb olan ağciyər və ürək patologiyası aşkar edib. Aleksey Katışev 30 noyabr 2006-cı ildə vəfat edib. Yaltada dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Катышев,_Алексей_Юрьевич

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç