Dino De Laurentis

Dino De Laurentis

Prodüser

BİOQRAFİYA

Dino De Laurentis — italyan əsilli məşhur amerikalı prodüser və rejissordur. Dino de Laurentiis "Cinematografica" kinoşirkətinin təsisçisi olub. Dino De Laurentis İtaliyada yaşadığı müddətdə "Yol", "Cadugər", "Ağılsız Pyero", "Barbarella", "Kabiryanın gecələri", "Vaterloo", "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmlərinin prodüseri olub. Prodüser 1970-ci illərdə Amerikaya gəlib. O, ABŞ-da Barbar Konan, Hellouin 3: İfritələrin vaxtı, Konan Dağıdıcı, Qaranlığın ordusu və bir çox məşhur filmlərə prodüserlik edib. 2000-ci ildə Ridli Skottun məşhur "Qladiator" tarixi blokbasterinə prodüserlik edib. Laurentis Stiven Kinqin əksər romanlarının "Ölü zona" 1983, "Gümüş güllə", "Pişik gözü", 1985, və Hannibal Lektor haqqında bütün filmlərə ("Quzuların suması istisna olmaqla) ekranlaşdırılmasına rəhbərlik edib. 1996-cı ildə İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Xaç Ordeni" ilə təltif olunub. 2001-ci ildə "Oskar" mükafatı alıb. 2010-cu ilin noyabr ayının 10-da 91 yaşlı prodüser Los-Ancelesdə vəfat edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Де_Лаурентис,_Дино

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç