Fransua Perye
Aktyor
Fransua Perye 1919-cu ildə anadan olub. Fransalı kino və teatr aktyorudur. Əsl adı Fransua Pilludur. Rene Simonun təsis etdiyi dram kurslarını bitirib. Dram sənəti konservatoriyasına eyni ildə Jerar Uri və Bernar Bliye ilə daxil olub. Onun teatr işləri arasında Jan Pol Sartranın ilk dəfə “Kirli əllər” (1948) tamaşasında Hüqo rolu ilə tanınıb. 1938-ci ildən kinoya çəkilib. Müharibədən sonrakı illərdə Fransa kinematoqrafiyasının ən populyar artistlərindəndir. Yüzdən artıq filmdə çəkilib. Onlar arasında Jan Koktonun “Orfey”, Federiko Fellininin “Kabiriyanın gecələri”, “Bibərli draje” və digər filmləri yer alır. 2002-ci ildə dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Перье,_Франсуа_(актёр)