Culyetta Mazina

Culyetta Mazina

Aktrisa

BİOQRAFİYA

Culyetta Mazina 22 fevral 1921-ci ildə anadan olub. Əsl adı Culiya Anna Mazina (ital. Giulia Anna Masina) — italiyalı kino və televiziya aktrisası, kinorejissor Federiko Fellininin həyat yoldaşdır. “Yubkalı çaplin” ləqəbi alıb. Ən məşhur rollarını Mazina rejissor və həyat yoldaşı Fellininin "Kabiriyanın gecələri”, “Culyetta və ətir”, “Cincer və Fred” filmlərində oynayıb. “David Di Donatella” (1966) və Kann festivalının (1957) mükafatlarına layiq görülüb. Onun kinoda debütü Alberto Lattuadanın “Rəhmsiz” (1947) filmindəki rolu olub. Bu filmdə o ürəyiaçıq, sadəlövh, xeyirxah fahişə Marçella rolunu ifa edib. Bu roluna görə “Gümüş lent” mükafatına sahib olub. 23 mart 1994-cü ildə yoldaşı rejissor Federiko Fellininin ölümündən yarım il sonra ağ ciyər xərçəngindən dünyasını dəyişib. Mazina həyat yoldaşının yanında dəfn olunub. Cütlüyün övladı olmayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Мазина,_Джульетта

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç