Dorian Qrey

Dorian Qrey

Aktrisa

BİOQRAFİYA

Dorian Qrey 2 fevral 1928-ci ildə anadan olub. İtalyalı aktrisadır. İlk dəfə 1950-ci ildə tear səhnəsində çıxış edib. Bir ildən sonra böyük ekranda görünüb. Kinoda Qrey daha çox kinokomediya filmlərində cazibədar sarışın rollarını ifa edib. “Toto, Peppino və əxlaqsız qadın” (1956) komediyasında Mariza Florian rolu ilə tanınıb. Dram aktrisası kimi də özünü təsdiq edən Dorian rejissor Mikelancelo Antonioninin “Haray” və Federiko Fellininin “Kabiriyanın gecələri” filmlərində yer alıb. 1965-ci ildə aktrisa kinokaryerasını başa vurub və bir daha ictimaiyyət qarşısına çıxmayıb. Dorian Qrey 2011-ci ildə 83 illiyindən iki həftə sonra Torçenodakı evində özünə atəş açaraq öldürüb. Bəzi mənbələrdə aktrisanın ölüm yaşı 75 göstərilib. 15 fevral 2011-ci ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дориан_Грей_(актриса)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç