Federiko Fellini

Federiko Fellini

Ssenarist, rejissor, aktyor, prodüser

BİOQRAFİYA

Federiko Fellini 20 yanvar 1920-ci ildə Riminidə (İtaliya) anadan olub. Görkəmli italyan kinorejissoru, 5 "Oskar" mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatıdır. Rimini şəhərinin hava limanı onun adını daşıyır. Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil tamaşaları keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib. Onun 1973-cü ildə çəkdiyi "Amarkord" filmini isə kino tənqidçiləri avtobioqrafik film sayırlar. İlk təhsilini katolik məktəbində alıb. Burada yaşadıqları da sonralar filmlərində əks olunub. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və sair İtaliya faşistlərdən təmizlənəndən sonra - 23 yaşında kinoya baş vurub, həyatının qadını ilə rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub. 31 oktyabr 1993-cü ildə Romada dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Federiko_Fellini

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç