Aleksandr Rou
Rejissor, ssenarist
Aleksandr Arturoviç Rou - Sovet kinorejissoru, ssenarist və aktyoru olub. RSFSR-in xalq artistidir (1968). Aleksandr Rou 1906-ci ildə Yuyevets şəhərində (indiki İvanovo vilayəti, Rusiya) anadan olub. Onun atası, milliyyətcə irland Artur Uilyam Rou mühəndis olub. İlk kino fəaliyyətinə 1930-cu ildə Maksim Qorki adına kinostudiyada başlayıb. Həmin illərdə "Müqəddəs İorgen bayramı" (1930), "Marionetka" (1934), "Cehizsiz qız" filmlərində rejissor köməkçisi kimi iştirak edib. 1937-ci ildə "Soyuzdetfilm" kinostudiyasında rejissor fəaliyyətinə başlayıb, 1938-ci ildə çəkdiyi "Durnabalığının əmri ilə" adlı nağıl-filmi ilk müstəqil rejissor işi olub. Daha sonra bir-birinin ardınca "Gözəl Vasilisa" (1939), "Qozbel at" (1941), "Ölməz Kaşşey" (1945) və sair filmləri çəkib. 60-cı illərdə bir çox kinofestivallarda mükafatlar alıb. Aleksandr Rou 28 dekabr 1973-cü ildə Moskvada vəfat edib, Babuşkin qəbiristanlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Aleksandr_Rou