Oleq Borisov
Aktyor
Oleq İvanoviç Borisov – Sovet və Rusiya teatr və kino aktyorudur. 1978 və 1991-ci illərdə SSRİ Dövlət Mükafatı laureatı olub. 8 noyabr 1929-cu ildə (başqa mənbəyə görə - 8 fevralda) Rusiyanın Yakovlevski qəsəbəsində anadan olub. Uşaqlığı Yaroslavl vilayətinin Karabixe şəhərində keçib. Orada atası texnikum direktoru olub. Sonradan ailəsi ilə Moskva vilayətinə köçüb. Böyük vətən müharibəsi dövründə ailəsi ilə birlikdə Mərkəzi Asiyaya təxliyə olunub. Otçalan maşın, tarktor sürücüsü olub, ağac yükləyən maşın sürücüsü olub. 1951-1963-cü illərdə Lesi Ukrainka adıan Kiyev Rus Dram teatrının aktyoru olub. 1963-1964-cü illərdə A.S.Puşkin adına Moskva Dram Teatrının, 1964-1983-cü illərdə M.Qorki adına Leninqrad akademik böyük dram teatrının, 1983-1990-cı illərdə Moskva Bədaye Teatrının truppasında yer alıb. 1987-ci ildə Bədaye teatrının bölünməsindən sonra O.N.Yefremov teatrında qalıb. Eyni zamanda 1989-1990-cı illərd Mərkəzi Sove Ordu Teatrında qoyulan “I Pavel” tamaşasında mərkəzi rollardan birini oynayıb. Daha geniş populyarlığı kino sahəsində qazanıb. 1955-ci ildən kinoya çəkilir. Karyerasının əvvəlində “İki dovşan dalınca” filmində oynadığı Svirid Petroviç rolu ilə şöhrət qazanıb. 1961-ci ildən sonra başlıca olaraq dramatik rollara çəkilib. 28 aprel 1994-cü ildə Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87