Omari Hardvik

Omari Hardvik

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Omari Lətif Hardvik 9 yanvar 1974-cü ildə Corciya ştatının Savanna şəhərində anadan olub. Corciya Universitetinin məzunudur (orda idman təqaüdü əsasında təhsil alıb). NFL-ə inteqrasiyası ilə bağlı uğursuzluqlardan sonra dolanışıq üçün müxtəlif növ peşələrdə çalışıb. 2000-ci illərdə “Gözəllik salonu” (2005), “İkinci şans” (2006), “Müqəddəs Annanın möcüzəsi” (2008) filmlərində görüntülənib. Eyni zamanda TNT kanalının qısa-ömürlü “Xilasetmə” (2006) və “Məxfi polis” (2009-2010) seriallarında daimir rollardan birini oynayıb. 2010-cu ildə “Sevgi haqda nəğmə” filmində Canet Ceksonun qəhrəmanının əri rolunu oynayıb. Növbəti il Ava Düverneyin “Mən izləyəcəm” filmində rol alıb. Düverney sonradan onu daha bir filminə “Naməlum yerə yarı yolda” dramına çəkib. Film tənqidçilərin rəğbətini qazanıb. O eyni zamanda “Kickass” (2010), “A Komandası” (2010), “Sparkl” ( 2012) kimi filmlərə çəkilib. 2013-2014-cü illərdə BET-in “Meri Ceyn Olmaq” serialında rol alıb. Oynadığı rol onu iki dəfə NAACP Image Award mükafatına namizəd edib. 2014-cü ildə Hardvik Starz-ın “Zülmət şəhərin hakimiyyəti” serialının aktyor heyətinə qoşulub. Oynadığı aparıcı rol ona daha bir NAACP Image Award nominasiyası qazandırıb. 2017-ci ildə Hardvik “Boşluğa atılan güllə”filmində zabit Katçer obrazını canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D0%B4%D0%B2%D0%B8%D0%BA,_%D0%9E%D0%BC%D0%B0%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç