Jian Ven
Aktyor, rejissor, ssenarist, prodüser
Jian Ven — çin aktyoru, kinorejissor, montajçı, müəllim, prodüser, ssenaristdir. 5 yanvar 1963–cü ildə ÇXR, Hebey, Tanşan şəhərində anadan olub. Jian Ven “Sonuncu İmperatriçə” (1986) filmində taxt-tac varic8i Pu İ rolu ilə debüt edib. Uğurlu debütü sayəsində məşhur rejisor Se Tzin 1986-cı ildə “Fujun qəsəbəsi” yeni filmində baş kişi roluna dəvət edib. Ardınca 1987-ci ildə rejissor Çjan İmou onu “Qırmızı qaolyan” filminə baş rola dəvət edir. Film istər Çində, istərsə də xaricdə tanınandan sonra Jian Ven çinin aparıcı aktyorlarından birinə çevrilib. Çjan İmounun “Səbirli olmaq” (1997) filmində çəkilib. 1995-ci ildə “İsti günlər” filmində rejissor və ssenarist kimi debüt edib. Bu filmdəki rejissor işinə görə “Qızıl at” (1996) Tayvan kinofestivalında mükafat qazanıb. 1995-ci ildə film dünyanın ən yaxşı on filminin reytinqində birinci yerdə qərarlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Цзян_Вэнь