Yuriy Perov

Yuriy Perov

Ssenarist

BİOQRAFİYA

Yuriy Perov – rusiyalı yazıçı və ssenaristdir. 14 iyun 1943-cü ildə Moskvada anadan olub. Əmək faəliyyətinə 14 yaşından başlayıb. Elektrik, mexanik, xilasedici-matros, sobaçı işləyib. 1959-cu ildə jurnalistika ilə məşğul olmağa başlayıb. Cavan yaşlarından əsərləri və məqalələri dərc olunmağa başlayıb. İlk hekayələri “İskatel” jurnalında dərc olunub. 1965-1966-cı illərdə ümumittifaq radiosunda bir neçə əsəri səsləndirilib. “İPS” adlı ilk kitabı “Gənc qvardiya”  nəşriyyatı tərəfindən dərc olunub. Daha sonra “Abidə”, “Bir xəstəliyin tarixçəsi”, “Çıxış”, “Daşlar”, “Çarpaz dəlillər”, “Tif”, “Kampanyon” kimi kitabları işıq üzü görüb. Kitablarının ümumi tirajı 5 milyon nüsxəyə yaxındır. Onun yazdığı ssenarilər əsasında: “Mavi şir”, “Küskünlük”, “Rus üslubunda”, “Kvadrat”, “Konsevrlər”, “Vitrin”, “Tır sürücüləri”, “Moksva kənarı elegiya” kimi filmlər lentə alınıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/screenwriter/ros/24826/bio/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç