Tom Sayzmor

Tom Sayzmor

Aktyor, prodüser

BİOQRAFİYA

Tom Sayzmor 29 noyabr 1961-ci ildə Detroyt şəhərində (Miçiqan ştatı, ABŞ) doğulub. Anası Cudit Detroytun ombudsmanı, atası Tomas Edvard Sayzmor hüquq və fəlsəfə elmləri üzrə professor olub. Tom ana tərəfdən babasının fransiz əsilli amerikalı olduğunu deyib. Gələcək aktyor Miçiqan ştatının universitetində bir il oxuduqdan sonra Ueyn universitetində təhsilini davam etdirib. Sonradan aktyor karyerasını davam etdirmək məqsədilə Nyu-Yorka köçüb. "Müstəqillik günü" (1989), "Harley Devidson və kovboy Marlboro" (1991), "Sərnişin 57" (1992), "Əsl məhəbbət" (1993), "Müəmmalı günlər" (1995), "İsti" (1995), "Sıravi Rayanın xilas edilməsi" (1998), "Qırmızı planet" (2001), "Perl Harbor" (2001), "Qara şahin" (2001) filmlərində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Sizemore

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç