Andrey Malyukov
Rejissor, ssenarist, prodüser
Andrey İqoreviç Malyukov 6 yanvar 1948-ci ildə Novosibirskdə (Rusiya) Nina Makarovanın ailəsində dünyaya gəlib. 1961-1966-cı illərdə Novosibirskdə “Gənclik” Xalq teatr-studiyasının aktyoru və rejissoru olub. 1971-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Məzun olduqdan sonra “Qurtuluş” kinoepopeyasının çəkilişlərində rejissor köməkçisi olub. Həmçinin “Fil üçün orkestrlə solo” Sovet-Çexoslovakiya istehsalı olan filmdə rejissor köməkçisi olub. 1974-cü ildə “Mosfilm” kinostudiyasının quruluşçu-rejissoru olub. Debüt tammetrajlı filmi olan “Xüsusi diqqət zonasında” A.Dovjenko adına gümüş medala və Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatına layiq görülüb. 1981-ci ildə Andrey Malyukov ilk sovet fəlakət filmlərindən birini – “34-cü sürət qatarı” bədii filmini lentə alıb. 1990-cı illərin sonlarından rejissor aktiv olaraq televiziya sahəsində fəaliyyət göstərir. “İmperiya zərbə altında”, “Xüsusitəyinatlılar”, “Diversant”, “Şimşəkli darvaza”, “Qaçış” və başqa serialları lentə alıb. 2008-ci ildə Andrey Malyukov böyük populyarlıq qazanmış və kinoteatrlarda 1,25 milyon tamaşaçı toplamış “Biz gələcəkdən gəlmişik” fantastik tarixi dramını çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BB%D1%8E%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B9_%D0%98%D0%B3%D0%BE%D1%80%D0%B5%D0%B2%D0%B8%D1%87