Dmitriy Volkostrelov

Dmitriy Volkostrelov

Aktyor

BİOQRAFİYA

Dmitriy Yevgenyeviç Volkostrelov -  rusiyalı aktyor, rejissor, “Teatr post” teatrının yaradıcısı və bədii rəhbəridir. Volkostrelov 17 avqust 1982-ci ildə Moskvada anadan olub. 1998-2002-ci illərdə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq və aktyorluq sənəti kafedrasında oxuyub, MDMİU teatr studiyasının tamaşalarında iştirak edib. 2007-ci ildə Sankt-Peterburq dövlət teatr incəsənət akademiyasını bitirib. 2006-2007-ci ildə Avropa Teatrında (AMDT) çalışıb. 2011-ci ildə Sankt-Peterburqda “Teatr post” truppasını təsis edib. Müstəqil truppa tamaşaları qeyri-teatr məkanlarında keçirir. Sankt-Peterburqun “Tərəqqi” Gənclər Teatr Mükafatının üçqat laureatıdır (ən yaxşı rejissor nominasiyasında). “Qızıl Maska” Milli Teatr Mükafatının xüsusi münsif mükafatının qalibidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BB%D0%BA%D0%BE%D1%81%D1%82%D1%80%D0%B5%D0%BB%D0%BE%D0%B2,_%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B9_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç