Vladimir Yaqlıç

Vladimir Yaqlıç

Aktyor

BİOQRAFİYA

Vladimir Vladimiroviç Yaqlıç (14 yanvar 1983) – rusiyalı teatr və kino aktyoru, teleaparıcıdır. 14 yanvar 1983-cü ildə Moskva şəhərində dünyaya göz açıb. Aktyorlar Mariya Alekseyevna Yaqlıç və Vladimir Xotinenkonun oğludur. 2000-ci ildə Moskvanın 1411 saylı məktəbini bitirib. 2004-cü ildə Şukin adına Teatr İnstitunu bitirib. 2003-cü ildə eyni vaxtda bir neçə əlamətdar rollarla xüsusilə “Adsız yüksəklikdə” hərbi dramında leytenant Malyutin rolu ilə debüt edib. 8  sentyabr – 29 dekabr 2013-cü il tarixlərində Birinci Telekanalın “Buz dövrü-4” layihəsində iştirak edib. 29 dekabr 2013-cü ildə Yaqlıç və Oksana Domnina şounun qalibləri elan ediliblər. 5 sentyabr 2014-cü ildən “Rossiya-1” telekanalında “Artist” musiqi şouproqramının aparıcısıdır. 2005-2010-cu illərdə aktrisa Svetlana Xodçenkova ilə evli olub. 2015-ci ildə ukraynalı aktyor Yevgeniy Papernıyın qızı Antonina Papernıyla görüşməyə başlayıb. 2017-ci ildə cütlüyü Yeva adlı qızı dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%B3%D0%BB%D1%8B%D1%87,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç