Yekaterina Klimova

Yekaterina Klimova

Aktrisa

BİOQRAFİYA

Yekaterina Aleksandrovna Klimova - rusiyalı teatr və kino aktrisasıdır. Karyerası ərzində 50-dən çox filmə çəkilib. Daha çox “Biz gələcəkdən gəlmişik” dilogiyasında oynadığı rollarla məşhurdur. Həmçinin, “Hər şeyə görə çox sağ ol, əziz dost” lentində Yelizaveta Stüartın sözlərini yazdığı romansı xarizmatik şəkildə ifa etməsi ilə tanınır. Birinci əri – zərgər İlya Xoroşilov olub. Onunla hələ məktəbdə oxuyarkən tanış olub. Cütlük 2004-cü ildə yollarını ayırıb. Bu nikahdan 2002-ci il təvəllüdlü Yelizaveta adlı qızları var. İkinci həyat yoldaşı teatr və kino aktyoru İqor Petrenko olub, 2003-cü ildə “Dünyanın ən yaxşı şəhəri” serialının çəkilişlərində gizli eşq yaşayıblar. 2004-cü ilin dekabr ayında münasibətlərini rəsmiləşdiriblər. 10 ilə yaxın birgə yaşayıblar. 2013-cü ildə nikah faktiki olaraq pozulub. 5 iyun 2015-ci ildə aktyor Gela Mesxi ilə ailə qurub. 2015-ci ildə İzabella adlı qızı dünyaya gəlib. 27 may 2019-cu ildə Klimova boşanmaq üçün məhkəməyə müraciət edib, iyunun 28-də nikah ləğv olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ekaterina_Klimova

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç